Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-08,
Seanews
Heyder Eliyev

“Evergreen Marine” donanmasını “NexusWave” rabitə sistemi ilə təchiz edəcək

Dünyanın iri konteyner daşıma şirkətlərindən olan "Evergreen Marine" donanmasında yeni nəsil peyk internet sistemi – "Inmarsat NexusWave"-in tətbiqinə başlayıb.

"Seanews.az" xəbər verir ki, şirkət bu addımı atan ilk Tayvan gəmiçilik operatoru olub.

Yeni sistem gəmilərdə daha sürətli və fasiləsiz internet təmin edəcək. Bu həm hey't üzvlərinin gündəlik ünsiyyət və istirahəti, həm də gəmi əməliyyatlarının daha effektiv idarə olunması üçün nəzərdə tutulub.

"Evergreen" bildirir ki, yenilənmə nəticəsində dənizçilər evdəki kimi internetdən istifadə edə biləcək, gəmilərdə isə yüklərin real vaxtda izlənməsi, texniki vəziyyətin qabaqcadan təhlili və təhlükəsizlik səviyyəsinin artırılması mümkün olacaq. Şirkət bu texnoloji yeniliyin ekipajın rifahını yaxşılaşdıracağını, kibertəhlükəsizliyi gücləndirəcəyini və donanmanın gələcəkdə daha rəqəmsal əsaslarla idarə olunmasına imkan verəcəyini vurğulayıb.

"Inmarsat Maritime"-ın sahibi olan Viasat isə qeyd edib ki, "Evergreen" bu addımla müasir və məlumat əsaslı gəmiçiliyə keçid edən şirkətlər üçün nümunə yaradır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır