Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

tsApp-a iki yeni funksiya g

WhatsApp-da olacaq yeni funksiyalar  test mərhələsindədir. Söhbət, iOS və Android üçün nəzərdə tutulmuş 2 yeni funksiyadan gedir Android üçün 2.17.265 versiyalı WhatsApp-ın beta test mərhələsinə videozəng funksiyasının dəyişdirilmiş tərzi əlavə olunub. Belə ki, bundan sonra istifadəçilər videozəng pəncərəsini kiçildə və ekranda istədikləri yerə daşıya biləcəklər. Beləliklə,  istifadəçilər eyni anda həm videozənglə ünsiyyət qura, həm də digər istifadəçilərə ismarıc yaza biləcəklər.  Daha bir funksiya isə ondan ibarətdir ki, YouTube-dan olan videoların linkləri bundan sonra WhatsApp-ın daxilində açılacaq. Picture-in-picture özəlliyi sayəsində videolar, link pəncərəsində təqdim olunacaqlar. Həmin pəncərəni isə kiçildib istənilən yerə daşımaq olacaq. Beləliklə yazışma zamanı videoya baxmaq çətinliyi yaşanmayacaq. Bu funksiya isə hazırda yalnız iOS versiya üçün nəzərdə tutulmuş beta test mərhələsində aktivdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır