Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-07,
Seanews
Heyder Eliyev

"GTT" və "Hudong-Zhonghua" LNG bunker gəmilərinin optimallaşdırılması üzrə əməkdaşlığa başlayıb

Fransanın "GTT" şirkəti və Çinin "Hudong-Zhonghua" gəmiqayırma zavodu LNG bunker gəmilərinin dizaynı və performansını optimallaşdırmaq məqsədilə birgə innovasiya layihəsinə start veriblər.

"Seanews.az" xəbər verir ki, layihənin əsas məqsədi əməliyyat səmərəliliyini artırmaq və istismar xərclərini azaltmaq üçün qabaqcıl texnologiyaların və yeni texniki həllərin tətbiqidir.

Layihənin mərkəzində "GTT"-nin "Mark III Flex" membranlı saxlama sistemi vasitəsilə LNG çənlərində effektiv təzyiqin artırılması dayanır. Hazırda sənaye standartı 0.7 bar (atmosfer təzyiq) olsa da, tərəfdaşlıq sayəsində dizayn təzyiqi 1 bara qədər artırılacaq. Bu da artıq klas cəmiyyətləri tərəfindən qəbul olunmuş müəyyən texniki təsdiqlərə əsaslanır.

"GTT" bu texniki yeniliyin operatorlara bir sıra üstünlüklər verəcəyini bildirir. Buraya LNG-nin daha yüksək temperaturda yüklənməsi, daşıma prosesinin sürətləndirilməsi, həmçinin gəminin enerji sərfiyyatının azalması, xüsusilə də gözləmə rejimində soyuducu qurğunun daha az işləməsi nəticəsində enerji qənaətinin əldə olunması daxildir.

Yeni dizayn eyni zamanda soyuq dayaq (cold-ironing) kimi mövcud və gələcək ətraf mühit tələblərini də nəzərə alır. 

Tərəflər gələcəkdə LNG çənlərinin dizayn təzyiqinin 2 bara qədər artırılması imkanını da texniki baxımdan qiymətləndirəcəklər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır