Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-06,
Seanews
Heyder Eliyev

Çində ilk dəfə tamamilə təmiz ammonyakla işləyən gəmi istismara verilib

Çində təmiz ammonyak yanacağı ilə işləyən "Anhui" adlı gəmi ilk səfərini uğurla başa vurub.

"Seanews.az" xəbər verir ki, sözügedən gəmi dünyada bu texnologiya ilə işləyən ilk gəmi hesab olunur.

"Anhui" gəmisi 50 tona qədər yük daşıya bilir və saatda 18 kilometr sürətlə hərəkət edir. 

Ammonyak yanacağı karbon qazı tullantısı yaratmır, yalnız su və azot əmələ gətirir. Sınaqlar zamanı yanacağın sabit şəkildə yandığı və azot oksidlərinin buraxılma səviyyəsinin minimal olduğu təsdiqlənib.

Mütəxəssislər bu nailiyyəti ekoloji baxımdan təmiz dəniz daşımalarının inkişafı üçün mühüm addım kimi qiymətləndirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır