Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-04,
Seanews
Heyder Eliyev

Üzən sistemin işə salınması Almaniyanın LNG idxalı və yenidən qazlaşdırılması imkanlarını artıracaq

Almaniyanın dövlətə məxsus “Deutsche Energy Terminal GmbH” (“DET”) şirkəti yenidən qazlaşdırma qurğusu ilə LNG qəbul etmək üçün üçüncü üzən terminalı - 277 metrlik “FSRU Excelsior” gəmisini istismara verib.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bu üzən sistemin işə salınması Almaniyanın LNG idxalı və yenidən qazlaşdırılması imkanlarını artıracaq. Hazırda “DET” şirkəti Brunsbütteldə bir terminala və Vilhelmshavendə (Almaniya) iki terminala cavabdehdir. Xatırladaq ki, ikinci üzən LNG terminalı təxminən iki il yarım əvvəl Vilhelmshavendə boru kəməri şəbəkəsinə qoşulub.

Vilhelmshavendəki LNG terminalının əsas yanalma körpüsü sahildən təxminən 1,5 km məsafədə Avropanın ən güclü axınları olan sularda tikilmişdir. Dənizin dibi ilə elektrik şəbəkəsi və qaz xətti çəkilib. “DET” terminalın boru kəməri sisteminin tıxanmasının qarşısını almaq üçün ultrasəs üsulu sınaqdan keçirir.

Layihə iştirakçıları 2027-ci ilin sonuna kimi “Excelsior”un yenidən qazlaşdırılma gücünün və Almaniyanın qaz nəqli şəbəkəsinə tədarük qabiliyyətinin 4,6 milyard kubmetrə çatacağına ümid bəsləyirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır