Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-22,
Seanews
Heyder Eliyev

"Fonon Technologies" korroziyaya qarşı yeni lazer texnologiyasını təqdim edib

"Fonon Technologies" şirkəti gəmilərin qorunması və uzun müddət işləməsi üçün "DefenseTech" adlı lazer təmizləmə texnologiyasını təqdim edib.

"Seanews.az" xəbər verir ki, yeni lazer sistemi gəmilərin korroziyasını idarə etməyə imkan verir. Həmçinin, bu sistem səthləri təmizləyir, köhnə boyaları sürətlə çıxarır və yeni örtüklər üçün hazırlıq görür.

"Fonon Technologies" bu texnologiyanın dəniz sənayesində böyük iqtisadi faydalar yaradacağını və ənənəvi üsullardan daha təhlükəsiz və ekoloji cəhətdən dost olduğunu vurğulayıb. 

Şirkətin vitse-prezidenti Bryan Lee bildirib ki, bu texnologiya, gəmilərimn uzunömürlülüyünü artıracaq və işçilərin təhlükəsizliyini təmin edəcək. "DefenseTech" sistemləri həmçinin, böyük xərclərin qarşısını alaraq, dəniz ekosisteminə fayda verəcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır