Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-22,
Seanews
Heyder Eliyev

"Morek Engineering" üzən külək quraşdırma gəmisi konsepsiyasını təqdim edib

"Morek Engineering" şirkətinin rəhbərlik etdiyi bir konsorsium üzən dəniz küləyi bazarına yönəlmiş yeni gəmi sinfi üçün dizayn konsepsiyasını təqdim edib. 

"Seanews.az" xəbər verir ki, konsorsiumun tərəfdaşları arasında "Solis Marine Engineering", "Tope Ocean", "First Marine Solutions" və "Celtic Sea Power" şirkətləri yer alır.

Layihə Böyük Britaniya Nəqliyyat Nazirliyinin maliyyələşdirdiyi və "Innovate UK" tərəfindən icra olunan Təmiz Dəniz Nümayiş Yarışmasının 4-cü mərhələsi çərçivəsində həyata keçirilir. 206 milyon funt sterlinq (276 milyon dollar) büdcəyə malik bu təşəbbüs ölkənin dəniz sektorunun karbonsuzlaşdırılması üçün zəruri texnologiyaların inkişafına yönəlib.

Bu dizayn aşağı karbonlu yanacaqları özündə birləşdirir, yanacaq səmərəliliyi üstünlükləri, hidrodinamik cəhətdən optimallaşdırılmış gövdə və genişləndirilmiş lövbər tutumu təmin edir. Bu xüsusiyyətlər mövcud gəmilərlə müqayisədə vaxt və xərc qənaətinə imkan yaradır.

Konsorsium layihənin artıq ilk texniki-iqtisadi əsaslandırma mərhələsini geridə qoyduğunu açıqlayıb. Növbəti mərhələdə böyük həcmdə sintetik iplərin idarə olunması üçün avadanlıq, hava şəraitinə bağlı analizlər, habelə metanol hərəkət sistemləri üçün normativ və dizayn çağırışlarına diqqət yetiriləcək.

Layihə müəllifləri 2025-ci ilin sonuna qədər gəmi təsnifat cəmiyyətindən ilkin təsdiq almağı hədəfləyirlər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır