Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-16,
Seanews
Heyder Eliyev

Dünyada ilk: günəş enerjisindən alınmış dizel buxar gəmisində uğurla sınaqdan keçirilib

İsveçrənin “Synhelion” təmiz enerji startapı günəş enerjisindən istehsal olunmuş dizel yanacağı ilə buxar gəmisini hərəkətə gətirib.

"Seanews.az" xəbər verir ki, bu təcrübə İsveçrənin Luzern gölündə 110 yaşlı buxar gəmisində həyata keçirilib və şirkət bunun dünyada bir ilk olduğunu bildirib.

Şirkətin baş direktoru Filip Furlerin sözlərinə görə, bu sadəcə başlanğıcdır. O qeyd edib ki, əsas hədəf gəmiçilik və aviasiya üçün davamlı yanacaq istehsalına nail olmaqdır. 

"Synhelion" günəş enerjisini yüksək temperaturda istilik enerjisinə çevirərək, karbon qazı və metanı hidrogen və karbonmonoksidə çevirir. Bu qazlar birləşdirilərək dizel kimi uzun zəncirli karbohidrogenlərə çevrilir. Əsas üstünlük ondan ibarətdir ki, bu yanacaq mövcud mühərriklərdə dəyişiklik edilmədən istifadə oluna bilər.

Şirkət hesab edir ki, bu texnologiya ilə istismar müddəti ərzində istixana qazı emissiyalarının 80%-ə qədər azaldılması mümkündür. 

Hazırda "Synhelion" Almaniyada pilot zavodda istehsala başlayıb. Şirkət gələcəkdə İspaniya, Mərakeş, Oman kimi günəşli ölkələrdə istehsalı genişləndirməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır