Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-16,
Seanews
Heyder Eliyev

ABŞ Hərbi Dəniz Qüvvələri 200-ə yaxın sualtı dron alacaq

Amerikanın gəmiqayırma şirkəti “Huntington Ingalls Industries” ABŞ Hərbi Dəniz Qüvvələrinə ilk iki “Lionfish SUUV” (“Small Uncrewed Undersea Vehicle”) kiçik pilotsuz sualtı gəmini təhvil verib.

“Seanews.az” xəbər verir ki, müvafiq proqram çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinə 200-ə yaxın belə sualtı aparatın verilməsi planlaşdırılır.

“Army Recognition” nəşri bu hadisəni sualtı dəniz müharibəsinin modernləşdirilməsində əsas mərhələ hesab edir. Kiçik heyətsiz sualtı vasitə olan “Lionfish SUUV” (Small Uncrewed Undersea Vehicle) sınaqdan uğurla çıxmış “HII REMUS 300” platformasına əsaslansa da, çox şeyə qadirdir. “Lionfish” ABŞ Hərbi Dəniz Qüvvələrinin istismar standartlarına və kibertəhlükəsizlik tələblərinə cavab vermək üçün əhəmiyyətli təkmilləşdirmələrə malikdir. Bu, ABŞ Hərbi Dəniz Qüvvələrində xidmətdə olan ilk və yeganə kiber-uyğun pilotsuz sualtı nəqliyyat vasitəsidir (“UUV”).

Daha əvvəl xəbər verildiyi kimi, “DARPA” agentliyi ABŞ Hərbi Dəniz Qüvvələri üçün “NOMARS” pilotsuz hərbi gəmisinin prototipinin dəniz sınaqlarına başlayıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında “Nichols Brothers Boat Builders” gəmiqayırma şirkəti ABŞ Müdafiə Nazirliyinin tabeliyində olan “DARPA” Tədqiqat və İnkişaf Agentliyi üçün pilotsuz avtonom gəminin tikintisi ilə bağlı müqavilə imzalayıb. “NOMARS” (“The No Manning Required Ship”) layihəsi çərçivəsində yeni nəsil yerüstü dronun əsas podratçısı və inkişaf etdiricisi “Serco North America”  şirkətidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır