Cənubi Koreyada hidrogenin daşınması üçün yüksək texnologiyalı tanker inşa ediləcək
Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi böyük tutumlu mayeləşdirilmiş hidrogen (LH₂) daşıyıcısının layihəsini hazırlamaq üçün dövlət-özəl birgə komandasının yaradıldığını bildirib.
“Seanews.az” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Layihənin təşəbbüskarları 15 il ərzində -253 °C temperaturda mayeləşdirilmiş vəziyyətdə hidrogeni nəql edə biləcək yüksək texnologiyalı tanker yaratmağı planlaşdırırlar.
Nazirliyin məlumatında qeyd olunur ki, ölkənin gəmiqayırma zavodları LNG-nin daşınması üçün müasir qaz tankerlərinin yaradılmasında zəngin təcrübəyə malikdir. Nazirlik layihəni dəstəkləmək üçün 55,5 milyard von (təxminən 40 milyon dollar) ayırıb. 2000 kubmetr tutumlu nümayiş gəmisinin 2027-ci ilədək hazır olması planlaşdırılır. Növbəti mərhələdə 2032-ci ilədək 40 min kubmetr tutumlu gəmi tikilməlidir. Kommersiya istifadəsi üçün nəzərdə tutulan 160 min kubmetr tutumlu gəmi isə 2040-cı ildə hazır olmalıdır.
Qeyd edək ki, tankerin tikintisi, o cümlədən qaz tankerləri və dəniz hasilat platformaları da daxil olmaqla müxtəlif növ gəmilərin layihələndirilməsi və inşasında təcrübəyə malik Cənubi Koreyanın ən böyük gəmiqayırma qrupu olan “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”), həmçinin” HDs Hyundaiton”-un törəmə şirkəti olan “Hyundai Mipo Dockyard”-a (“HMD”) həvalə olunacaq.