Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-09,
Seanews
Heyder Eliyev

Panama elektron gəmi reyestrinin birinci mərhələsini işə salıb

Panama Dəniz Administrasiyası (PMA) gəmi sahibləri üçün yeni rəqəmsal xidmətin: “Gəmilərin Elektron Reyestrinin” (REN) birinci mərhələsini işə salıb. Bu, gəmilərin Panama gəmi reyestrində qeydiyyata alınması üçün tələb olunan vaxtı yeddi günə qədər azaldacaq.

“Seanews.az” xəbər verir ki, gəmi sahibləri Panama Dəniz Ticarət Baş İdarəsi (“DGMM”) və ya mülkiyyət hüquqlarının, ipoteka və dəniz girovlarının sənədləşdirilməsini və sertifikatlaşdırılmasını idarə edən Panama Gəmi Sahiblərinin İctimai Reyestri (“DGRPN”) vasitəsiləgəmini qeydiyyatdan keçirə bilərlər.

Gəmilərin Elektron Reyestrinin  tətbiqinin əsas məqsədlərindən biri “DGMM” və “DGRPN” idarəetmə sistemlərinin birləşdirilməsidir. Bu inteqrasiya asan veb platforma vasitəsilə həm milli, həm də beynəlxalq istifadəçilər üçün prosedurları sadələşdirəcək.

Panama Dəniz Administrasiyasının məlumatında deyilir ki, yeni xidmət sorğular üçün uzaqdan girişi təmin etmək, ərizələrin təqdim edilməsi və izlənilməsi, coğrafi maneələrin aradan qaldırılması və ərizələrin işlənməsi vaxtının əhəmiyyətli dərəcədə optimallaşdırılması üçün nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır