Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-08,
Seanews
Heyder Eliyev

“Hanwha Ocean” rəqəmsal gəmiqayırma texnologiyası vasitəsilə səmərəliyi artırmağı planlaşdırır

Cənubi Koreyanın gəmiqayırma şirkəti “Hanwha Ocean” rəqəmsal gəmiqayırma texnologiyası vasitəsilə 2026-cı ilə qədər öz istehsalının səmərəliliyini artırmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, bu barədə “Korea Economic Daily” məlumat yayıb.

Layihəni həyata keçirmək üçün “Hanwha Ocean” şirkəti “ABS” təsnifat və sertifikatlaşdırma cəmiyyəti ilə müqavil“Hanwha Ocean” şirkəti və “ABS” arasında əməkdaşlığın birinci mərhələsində hazırlanmış gəmi layihəsi ölçmə sistemlərinin qiymətləndirilməsi və təsdiqinin alınması gözlənilir. Bu texnologiya süni intellektdən istifadə edərək görüntülərin təhlilinə əsaslanır.

Bunun ardınca gəmilərin uzaqdan yoxlanılması və kibertəhlükəsizlik sahələrində sertifikatlaşdırmaya nail olmaq üçün texniki əməkdaşlıq, eləcə də yüksək dərəcədə idarəetmə avtomatlaşdırılması ilə hazırlanmış gəmi texnologiyasından istifadə etməklə təhlükəsizlik və əməliyyat səmərəliyi tədbirləri həyata keçiriləcək. Tərəflər rəqəmsal istehsal texnologiyalarının sınaqdan keçirilməsi, həmçinin kibertəhlükəsizlik, avtonom naviqasiya və smart gəmiçilik (yüksək avtomatlaşdırılmış idarəetmə dərəcəsinə malik gəmilər üçün) kimi sahələrdə əməkdaşlığa dair razılığa gəliblər.

Rəqəmsal gəmiqayırma texnologiyası gəmiqayırma istehsalının bütün mərhələlərində virtual reallığa əsaslanacaq. Təsdiq sertifikatı ilə “Hanwha Ocean” öz məhsullarına inamı artıra və beynəlxalq gəmiçilik şirkətlərindən sifarişlərin qəbulunu asanlaşdıra biləcək. ”ABS” sertifikatı həmçinin şirkətə avtonom gəmi bazarında üstünlük verəcək və istehsalın özünün səmərəliyini optimallaşdırmaqla xərcləri azaldacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır