Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-13,
Seanews
Heyder Eliyev

Avtonom gəmilər bazarı böyüyür

Avtomatlaşdırma, sensor texnologiyası və süni intellekt sahəsindəki irəliləyişlər sayəsində avtonom gəmilər bazarı böyüyür.

“Seanews.az” “MarketsandMarkets”-in araşdırmasına istinadən xəbər verir ki, beynəlxalq avtonom gəmilər bazarı 2024-cü ildə 558 milyon dollar dəyərində olacaq və 9.3% orta illik artımla 2029-cu ildə 872 milyon dollara çatacaq.

Ətraf mühitin qorunmasına tələblər artımda mühüm rol oynayır. Avtonom gəmi istehsalçıları yanacağa qənaət edən elektrik gəmilərinin yaradılmasına diqqət yetirirlər. Texnoloji inkişaf və genişlənən su turizmi də bu bazarın böyüməsinə təkan verən amillərdəndir.

Adi yanacaqla işləyən avtonom gəmilər də hələ yüksək bazar payına sahib olacaq.

Gəzinti gəmiləri seqmentinin 2024-2029-cu illərdə daha yüksək sürətlə böyüməsi gözlənilir.

Nəzərdən keçirilən beş illik dövr ərzində ən böyük artım istirahət və kommersiya məqsədləri üçün uzunluğu 6 - 12,2 metr olan avtonom gəmilər seqmentində qeydə alınacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır