Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“Mina ovçusu” gəmisi Qara dənizin təhlükəsizliyini artıracaq

Böyük Britaniya Norveçlə əməkdaşlıq çərçivəsində yeni Dəniz İmkanları Koalisiyasına rəhbərlik etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, Rusiya və Ukrayna arasında münaqişələr davam edərkən, Böyük Britaniya Ukraynanı dəstəkləmək üçün yeni sistemlər almağa davam edir.

Bu kontekstdə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Kral Hərbi Dəniz Qüvvələrinə (HDQ) aid 2 ədəd “Sandown” sinfinə məxsus “mina ovçusu” gəmisinin Ukrayna HDQ-yə təhvil verildiyini təsdiqləyib.

Bu koalisiya Ukraynaya uzunmüddətli dəstək verməklə, Ukrayna HDQ-nin modernləşdirilməsinə kömək etməyi hədəfləyir.

Bu təşəbbüsün diqqət mərkəzində Ukraynanı Qərb dövlətləri ilə daha uyğun və NATO ilə qarşılıqlı fəaliyyət qura bilən hala gətirərək, Qara dənizin təhlükəsizliyini artırmaq olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır