Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” gəmiçilik şirkəti “Starlink” ilə əməkdaşlıq edəcək

Almaniyanın xətti gəmiçilik şirkəti “Hapag-Lloyd” öz donanmasına “Starlink” peyk internet texnologiyasını tətbiq etməklə gəmi bağlantısını yaxşılaşdırmaq niyyətindədir.

“Seanews.az” xəbər verir ki, bu qərar İlon Maskın texnologiyasının sınaqları başa çatdıqdan sonra qəbul edilib.

May ayından etibarən dörd pilot gəmidə heyət üzvləri “Starlink” texnologiyasını sınaqdan keçirmək imkanı əldə ediblər. Yüksək sürətli peyk İnterneti video zənglər və axın xidmətləri üçün fasiləsiz əlaqəni yaxşılaşdırıb.

Peyk şəbəkəsinin tutumu saniyədə 250 meqabitə çatır ki, bu da heyətləri rabitə ilə təmin edir və həmçinin “Hapag-Lloyd”-a gəmilərə məsafədən texniki xidmət və yoxlama aparmağa imkan verir. Gəmilərdə bütün lazımi avadanlıqların quraşdırılmasının 2023-cü ilin sonunadək başa çatdırılacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır