Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Yaponiyanın üç şirkəti gəmidə bioyanacaqdan istifadəni sınaqdan keçirib

Yaponiyanın üç şirkəti – “Marubeni Corporation” (“Marubeni”), “Biofuel Technology Research” (“BTR”) və “Tabuchi Kaiun” (“Tabuchi”) bioyanacaq qarışığını dənizdəki qaz daşıyıcısında sınaqdan keçirib.

“Seanews.az”-ın məlumatına görə, qarışığa şərti aşağı kükürdlü mazut (VLSFO) ilə birləşdirilmiş təxminən 24% bioyanacaq daxildir.

Bioyanacaq Yaponiyada “Marubeni” və “BTR” şirkətlərinin birgə hazırladığı texnologiya əsasında istehsal edilib. Qeyd edilir ki, belə yanacaqla ilk dəfə təzyiqli maye qazı daşıyan “Buena Reina” tankeri təchiz edilib. “Marubeni” şirkətinin icarəyə götürdüyü gəmi “Tabuchi” tərəfindən idarə olunur.

“Buena Reina” tankerinin səfərində bioyanacaq qarışığının sınaqdan keçirilməsi zamanı CO2 azalması 19% təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır