Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-08,
Seanews
Heyder Eliyev

“Moller-Maersk” konteyner gəmisini metanolla işləyən gəmiyə çevirir

“Moller-Maersk” şirkəti mövcud konteyner gəmisini metanolla işləyən gəmiyə çevirir.

“Seanews.az”-ın məlumatına görə, 2027-ci ildə tədqiqatdan keçdikdən sonra seriyanın digər gəmilərini yenidən təchiz etmək üçün ilk olaraq 2024-cü ilin ortalarında bir gəmidə iki yanacaqlı mühərrikin quraşdırılması planlaşdırılır.

Mühərriki “MAN Energy Solutions” şirkəti modernləşdirəcək. Müvafiq müqavilə artıq imzalanıb. Hazırda gəmiqayırma zavodları ilə danışıqlar aparılır.

Layihə üzərində işə gələn il başlayacaqlar. Gəminin yenidən təchiz edilməsi ilə bağlı bütün texniki məsələlərin ətraflı öyrənilməsi 2024-cü ilin ortalarına planlaşdırılır. “Maersk”-də izah edildiyi kimi, təkcə mühərrikin ayrı-ayrı hissələri və komponentləri dəyişdirilməyəcək, həm də yeni yanacaq çənləri, yanacaq təchizatı sistemi və yanacaq hazırlama qurğusu quraşdırmaq lazım gələcək.

Xatırladaq ki, 2021-ci ildə “Maersk” metanolla işləyəcək ilk konteyner gəmisinin tikintisinə göstəriş vermişdi. Eyni zamanda, “Fleet Management and Technology Maersk” şirkətinin rəhbəri Leonardo Sonzionun sözlərinə görə, şirkət mövcud gəmilərin metanolla işləyən gəmiyə çevrilməsi imkanlarını öyrənirdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır