Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Gəmi eyni vaxtda iki növ yanacaq nəql edə biləcək

Yaponiyanın gəmiqayırma şirkəti “Kawasaki Heavy Industries, Ltd.” (Kobe, Tokio) sinqapurlu gəmi sahibi və donanma operatoru “Kumiai Navigation (“PTE”), Ltd” üçün (Yaponiyanın “Kumiai Senpaku Co Ltd”-nin törəmə şirkəti) LPG ilə işləyən dəniz tankerlərinin - qaz daşıyıcılarının tikintisi müqaviləsi imzalayıb. 86,7 min kubmetr tutumlu gəmi eyni vaxtda iki növ yanacaq - mayeləşdirilmiş neft qazı (LPG) və mayeləşdirilmiş ammonyak (NH3) nəql edə biləcək.

“Seanews.az”-ın məlumatına görə, bu, “Kumiai Navigation” üçün tikilən üçüncü LPG/NH3 tankeri olacaq.

Gəmi mayeləşdirilmiş neft qazı və mayeləşdirilmiş ammonyakın eyni vaxtda daşınması üçün nəzərdə tutulmuş ayrıca yük çənləri ilə təchiz edilmişdir. “KHI” üçün yeni sifariş daxil olmaqla, bu, 82-ci mayeləşdirilmiş neft qazı tankeri və 12-ci LPG/NH3 daşıyıcısı olacaq.

“KHI” gəminin tikintisini 2026-cı ildə Sakaidadakı (Kaqava prefekturası) gəmiqayırma zavodunda başa çatdırmağı planlaşdırır.

Uzunluğu 230 metr, eni 37,2 metr, hündürlüyü  21,9 metr, suya oturumu 11,65 metr olan gəminin açıq üstünlüyü onun aşağı karbonlu enerji mənbəyi kimi artıq istifadə olunan LPG və karbon emissiyalarını azaltmağa kömək edən yeni alternativ yanacaq kimi mayeləşdirilmiş ammonyak (NH3) ilə eyni vaxtda daşımaq qabiliyyətidir. Layihənin digər özəlliyi isə adi gəmilərlə müqayisədə yük çənlərinin böyük tutumudur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır