Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Enerjiyə qənaət edən nəhəng tanker sifarişçiyə təhvil verilib - VİDEO

Böyük tutumlu (VLCC) “New Splendor” tankeri Çinin şimal-şərqindəki Liaonin əyalətinin Dalyan şəhərində sifarişçiyə təhvil verilib.

Bu barədə “seanews.az” “Sinxua” xəbər agentliyinə istinadən  məlumat verib.

Tankerin yükgötürmə qabiliyyəti 300 min tondur. O, təkmil enerjiyə qənaət sistemi ilə təchiz olunub.

“Dalian Shipbuilding Industry Co., Ltd.”-nin məlumatına görə, yeni xam neft daşıyıcısı azot oksidi və kükürd oksidi emissiyaları üzrə ən son standartlara, eləcə də Aİ-nin gəmilərin təkrar emalı tələblərinə cavab verir.

Tanker xam neft, qalaq yüklər və mayeləşdirilmiş təbii qazın daşınması ilə məşğul olan “China Merchants Energy Shipping Co., Ltd.” şirkəti üçün inşa edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır