Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Norveç hidrogenlə işləyən balkerlər tikir

Norveçin “Halten Bulk” gəmiçilik şirkəti hidrogenlə işləyəcək iki balker inşa edəcək.

“Seanews.az”ın məlumatına görə, dəyəri 142 milyon NOK (13,8 milyon ABŞ dolları) olan layihəni “Enova” dövlət müəssisəsi maliyyələşdirir.

Balkerin layihəsi “Norwegian Ship Design” şirkəti tərəfindən hazırlanıb.

Gəmilər iki böyük rotorlu yelkənlə təchiz ediləcək. Uzunluğu 100 metr olan gəminin yük anbarlarının tutumu təxminən 8 min kubmetrdir.

Balkerlər Norveçdən kənarda işləyəcəyi üçün hidrogenlə yanaşı qazoyldan da istifadə edəcəklər. İstismarın ilkin mərhələsində istifadə olunan yanacağın 70%-nin hidrogen və 30%-nin qazoyl olacağı güman edilir.

Hələlik gəmilər “Enova” tərəfindən də dəstəklənən beş yerdə hidrogenlə təchiz ediləcək. Ümumilikdə, 35-40 gəminin hidrogenlə təmini mümkün olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır