Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

İlk kommersiya külək elektrik stansiyasında turbinlərin quraşdırılması başa çatdırılıb

Yaponiyanın ilk kommersiya külək elektrik  stansiyasında külək turbinlərinin quraşdırılması başa çatdırılıb.

“Seanews.az”ın məlumatına görə, əməliyyata “Seajacks Zaratan” qaldırıcı gəmisi cəlb olunub.

Layihə “Akita Offshore Wind Corporation” tərəfindən hazırlanıb. Obyektin gücü 140 MVt olacaq.

Külək təsərrüfatına Akita və Noşiro limanlarının yaxınlığında yerləşən iki sahə daxildir.

"Noşiro limanı yaxınlığında 20, Akita limanı yaxınlığında 13 külək turbini quraşdırılıb. Biz hazırda bütün 33 külək turbinini istismara hazırlayırıq və bu ilin sonuna qədər kommersiya istismarına hazır olmağı planlaşdırırıq", - “Akita Offshore Wind” şirkətində qeyd ediblər.

Külək elektrik stansiyası işə salındıqdan sonra istehsal olunan elektrik enerjisi 20 il müddətinə müqavilə əsasında “Tohoku Electric Power” şirkəti tərəfindən alınacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır