Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

"Suraxanı" gəmi-muzeyində “DƏNİZƏ DOĞRU…” adlı sərgi keçiriləcək

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin və Chagh Art Platformun təşkilatçılığı ilə “DƏNİZƏ DOĞRU…” adlı qrup sərgisi keçiriləcək.

Sərginin açılış mərasimi 16 iyul 2022-ci il saat 18:00-da baş tutacaq.

Sərginin mövzusu hər kəsin müxtəlif səbəblərdən üz tutduğu Xəzər dənizidir. Kimi neft buruqlarına çalışmağa, kimi sadəcə istirahətə, kimi ucsuz-bucaqsız mavi səma və dənizin seyrinə dalmaq üçün Xəzəri ziyarət edir.

Bu dəfə səmanı, dənizi və bu dənizdə üzən gəmilərin lövbər saldığı limanı təsvir edən rəssamların əsərləri ilə tanış olub, Xəzərə rəssamların gözü ilə baxacağıq.

Bunun üçün ziyarətçiləri Azərbaycanın tanınmış rəssamları Eldar Qurbanov, İntiqam Ağayev, Rafail Əliyev, Vüqar Əli, Rəşad Cabarov, Mir Azər Abdullayev, Anar Hüseynzadə, Elşən Karaca, Leyla Altunay, Milena Nəbiyeva, Emin Qəhrəmanov, Elçin Hüseyn, Məmməd Rəşidov, Günel Ravilova, Abbas Məmmədov, Diana Əliyeva, Səbinə Səfərova, Aqil Həşimov, Rəşad Rzayev, Sahib Yaqubov və s. kimi rəssamların marina janrında təsvir etdikləri əsərlərə nəzər yetirməyə dəvət edirik.

Qeyd edək ki, sərgidə 40-a yaxın rəsm əsəri nümayiş olunacaq və bu, Chagh Art Platformun ilk sərgisidir.

“Suraxanı” Gəmi-Muzeyi və Chagh Art Platform unudulmaz sərgi ilə xatirələrinizdə dərin iz qoymağı hədəfləyir.

Sərgi 17 iyul 2022-ci il tarixinədək davam edəcək.

Açılış günü giriş sərbəstdir.

Ünvan: “Suraxanı” Gəmi-Muzeyi / Dənizkənarı Milli Park

Sərginin iş vaxtları: 17 iyul 2022 / 10.00-19.00

Əlaqə: +994 50 988 85 91

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır