Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

ASCO üç yeni açıq müsabiqə elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üç yeni açıq müsabiqə elan edib. 

Müsabiqələrdən biri avtoşinlərin satınalınması məqsədi daşıyır.  Bu müsabiqəyə müraciət üçün son müddət 2020-ci il avqustun 25-i saat 18:00-dəkdir.

Digər bir müsabiqə kipləyici manjetlərin satınalınması məqsədilə elan olunub.  Müraciət üçün son müddət 2020-ci il avqustun 25-i saat 18:00-dək müəyyənləşdirilib.

Daha bir müsabiqə isə gəmi qapılarına, ilyuminatorlara və anbar qapaqları  üçün  rezin kipləşdiricilərin satınalınması məqsədi daşıyır.  Müraciət üçün son müddət isə  2020-ci il iyulun 28-i saat 18:00-dəkdir.

Müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.  Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

Ünvan: Bakı, Heydər Əliyev prospekti 152,”Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1263.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır