Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

ASCO üç açıq müsabiqə elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) üç açıq müsabiqə elan edib.

Müsabiqələrdən biri struktur idarələrinə tələb olunan şumbata kağızları kəsici və itiləyici laqonda və dəzgah daşlarının satınalınması məqsədi daşıyır. Müraciət üçün son müddət 2020-ci il iyulun 20-si saat 18:00-dəkdir.

Digər müsabiqə ASCO-nun struktur idarələrinə tələb olunan paronit, nabivka və əyləc lentlərinin satınalınması məqsədi daşıyır. Müraciət üçün son müddət 2020-ci il iyulun 20-si saat 18:00-dəkdir.

Daha bir müsabiqə isə struktur idarələrə tələb olunan müxtəlif növ qayışların satınalınması məqsədilə elan olunub. Müraciət üçün son müddət 2020-ci il iyulun 17-si saat 18:00-dəkdir.

Müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. 

Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Heydər Əliyev prospekti 152,”Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1263.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır