• Bakı, 2020-07-07,
Seanews
Heyder Eliyev

IMO bəzi tədbirləri təxirə salıb

Dünyada koronavirusa yoluxma hallarının artması və Ümumdünya Səhiyyə Təşkilatının virusu pandemiya elan etməsindən sonra Beynəlxalq Dəniz Təşkilatı (IMObəzi tədbirləri təxirə salıb.

"Seanews.az" xəbər verir ki, təxirə salınan tədbirlər aşağıdakılardır. 

23-27 mart 2020-ci ildə keçirilməsi nəzərdə tutulan gəmilərdən istixana qazı tullantılarının azaldılması üzrə Beynəlxalq İşçi Qrupunun 7-ci iclası;

23-27 Mart 2020 tarixlərində E-T Qrupunun (IMSBC) 33-cü iclası;

Dəniz Ətraf Mühitin Mühafizəsi Komitəsinin  30 Mart - 3 Aprel 2020 tarixlərində keçirilməsi planlaşdırılan 75-ci iclası;

Hüquq Komitəsinin 16-20 mart tarixlərində keçirilməsi planlaşdırılan 107-ci toplantısı

IMO Katibliyi “COVID-19” ilə əlaqəli bütün prosesləri izlədiyini və təxirə salınan tədbirlərin yenidən təşkil ediləcəyi tarix barədə yeni məlumatları paylaşacağını açıqlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır