Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

IMO gəmilərdə koronavirusun yayılması riskini azaltmaq üçün profilaktik tədbirlər barədə məlumat yayıb

Beynəlxalq Dəniz Təşkilatı (IMO) gəmilərdə dənizçilər və turistlər arasında koronavirusun yayılması riskini minimuma endirmək üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı tövsiyələr əsasında ehtiyat və profilaktik tədbirlər barədə məlumat yayıb.

 “Seanews.az” xəbər verir ki, Beynəlxalq Dəniz Təşkilatı virusla əlaqədar aşağıdakıları vacib hesab edir:

1. Koronavirusun yayıldığı təsdiqləndiyi ərazidən gəlmiş şəxslərin tibbi nəzarət altına alınması üçün araşdırma aparmaq;

2. Xəstəliyin simptomları aşkar edilmiş insanları (yüksək hərarət, baş ağrısı, titrəmə, burun tutulması, öskürək və əzələ ağrısı) müşahidə etmək;

3. Əlləri tez-tez sabunla yumaq;

4. İnsanların kütlə halında toplaşdığı yerlərdən mümkün qədər uzaq durmaq, xəstələnmiş insanlardan uzaq durmaq;

5. Koronavirusun hər hansı bir simptomunu özündə aşkar etdikdə dərhal müraciət etmək;

6. Az bişmiş ət və ət məhsullarından az istifadə etmək;

Beynəlxalq Dəniz Təşkilatı dənizçiləri bu məlumatların mümkün qədər geniş yayılmasına kömək etməyə çağırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır