Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

AzTV-dən daha bir yeni layihə: 20 Yanvar qırğını dənizçilərin şahidliyi ilə - ANONS

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bədii və sənədli filmlər studiyası 1990-cı il SSRİ hərbi birləşmələrinin Bakıda törətdiyo qırğınla bağlı "Bir dəniz hünər" adlı sənədli film çəkib.

Sənədli filmin ana xəttini Xəzər Dəniz Neft Donanması dənizçilərinin 1990-cı il 20-22 yanvar tarixlərində Sovet hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı cəza əməliyyatına etiraz edərək Bakı buxtasını sovet hərbi gəmilərinin üzünə bağlaması təşkil edir.

Ekran əsərinin ssenari müəllifi Seymur Şahbazov, rejissoru Anaxanım Abdullayevadır. Studiyanın rəhbəri isə Xalq artisti Ramiz Həsənoğludur.

Film ilk  olaraq ekrana 20 yanvar tarixdə saat 21:00-da AzTV-də çıxacaq.

Xatırladaq ki, bu il 20 Yanvar faciəsinin 30-cu ildönümüdür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır