• Bakı, 2020-09-21,
Seanews
Heyder Eliyev

ASCO üç yeni açıq müsabiqə elan edib

"Azərbaycan Xəzər dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) üç yeni açıq müsabiqə elan edib.

Müsabiqələrdən biri sturktur idarələrə tələb olunan yanacaq, yağ və su sayğaclarına illik texniki xidmətlərin satınalınası məqsədi daşıyır. Bu müsabiqəyə 2020-ci il yanvarın 13-ü saat 18:00-dək müraciət etmək mümkündür.

Digər müsabiqə sturktur idarələrə tələb olunan energetik qurğuları və sistemlərinə 2020-ci il üçün illik texniki xidmətlərin satınalınması məqsədilə elan edilib.  Bu müsabiqəyə müraciət üçün son müddət 2020-ci il yanvarın 15-i saat 18:00-dəkdir.

Daha bir müsabiqə isə  sturktur idarələrə tələb olunan sahil obyektlərində və gəmilərində istifadə olunan metroloji ölçmə vasitələrinin 2020-ci il üzrə müqayisəli yoxlanması və onlara 2020-ci il üçün illik texniki xidmətlərin satınalınası məqsədi daşıyır. Müraciət üçün son müddət 2020-ci il yanvarın 17-si saat 18:00-dəkdir.

Müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.asco.az  saytından əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Ünvan: Bakı, Heydər Əliyev prospekti 152, ”Çinar plaza” 24-cü mərtəbə.

Əlaqə  telefonu (012) 404-37-00 daxili: 1263


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır