Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  4 dekabr 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Azərbaycanla Çinin “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun təşviqi məsələlərini müzakirə etmələrindən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Avstriyanın “ÖBB Rail Cargo Group” və Niderlandın “Cabooter Group” şirkətləri ilə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” vasitəsilə Avropadan Mərkəzi Asiyaya və Çinə yük daşımalarının artırılması və genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalamasından, Azərbaycan Dövlət Dəniz Akademiyasında həyata keçirilən müxtəlif tədbirlərdən, burada gələcəyin dənizçiləri üçün yaradılan şəraitə dünyanın bir çox inkişaf etmiş ölkələrin təhsil ocaqlarının da həsəd apardıqlarından, Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün tikilən yeni gəmilərin ekoloji cəhətdən də beynəlxalq tələb və normalara tam cavab verəcəyindən, dəniz və okeanlarda bioloji müxtəlifliyin azalmasından, su hövzələrində balıq ehtiyatlarının artırılması və mühafizəsi sahəsində problemlərin mövcudluğundan, SPECA ölkələrində dayanıqlı nəqliyyat və tranzit layihələrinin müzakirəsindən, Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası sazişin imzalanmasından,   ASCO-nun İnformasiya texnologiyaları departamentinin sistem inzibatçısı Kamran Kərimovun üç müxtəlif sertifikata layiq görülməsindən, Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya imzalanandan sonra Xəzəryanı region ölkələrinin əməkdaşlığının yeni stimul almasından, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yükdaşıma müddətini 45-60 gündən 14-20 günə endirəcəyindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır