Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Gələn il 23-27 mart tarixlərində üçüncü dəfə Avropa Dənizçilik Həftəsi  keçiriləcək

Avropanın aparıcı gəmiçilik şirkətləri və gəmi sahibləri üçüncü dəfə 23-27 mart 2020-ci il tarixində Avropa Dənizçilik Həftəsində Brüseldə bir araya gələcəklər.

Avropa Dəniz Həftəsinin əsas mövzuları iqlim dəyişikliyi, dekarbonizasiyanın gətirdiyi  problemlər və fürsətlər, Avropa dəniz nəqliyyat sektorunun qlobal rəqabət qabiliyyəti, çoxtərəfli ticarət sistemindəki mövcud təhdidlər, rəqəmsallaşdırma və innovasiya ilə ortaya çıxan sürətli dəyişiklik, müxtəliflik və gender bərabərliyinin təşviqi olacaq.

Dəniz nəqliyyatı liderləri tənzimləyici qurumlarla Avropanın qlobal dəniz sahəsindəki gücünü qiymətləndirəcək, sektorun qarşıdakı dövrdə yarana biləcək problemlərini, imkanları fürsətə çevirməyin yollarını müzakirə edəcəklər.  

Bu məqsədlə həftə boyu bir sıra görüşlər və panel müzakirələr təşkil olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır