

Dənizçilər arasında üzgüçülük turniri keçiriləcək
Avqustun 23-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) işçiləri və struktura daxil olan digər əməkdaşlar arasında üzgüçülük turniri keçiriləcək.
Yarış ASCO-nun Təlim Tədris Mərkəzində təşkil olunacaq.
Üzgüçülük turnirinin keçirilməsində məqsəd dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyənləşdirməkdən ibarətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır