Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

oniyada tədqiqat aparmaq, magistratura və ya doktorantura təhsili almaq istəyənlərin nəzəri

Yaponiya səfirliyində Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) ilə Tədqiqat, Magistr və Doktorantura təhsil proqramları haqqında brifinq keçiriləcək. MEXT Dövlət Təqaüd Proqramı Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi  tərəfindən xarici tələbələr üçün təqdim olunan dövlət təqaüd proqramıdır. Proqram Yaponiyanın ən yüksək reytinqli universitetlərində tam pulsuz təhsil almaq şansı verir.  Təqaüd proqramına sənəd qəbuluna aprelin sonları start veriləcək. Proqram elanından xəbərdar olmaq üçün səfirliyin rəsmi internet səhifəsi və ya Facebook səhifəsini izləyə bilərsiniz: https://www.az.emb-japan.go.jp/itprtop_az/index.html https://www.facebook.com/JapanEmb.Azerbaijan/ Təqaüd proqramı haqqında ətraflı məlumat almaq və suallarınızın cavablandırılması üçün bütün maraqlı şəxslər brifinqə dəvət olunur. Brifinqə giriş sərbəstdir. Məkana daxil olarkən şəxsiyyət vəsiqələrinizi mühafizə xidmətinə təqdim etməyi unutmayın. Tarix: 22.04.2019 (bazar ertəsi) Saat: (14:30 -16:00 Tədqiqatçı tələbələr, magistr və doktorantura təhsili üçün proqram) Məkan: Azərbaycan Dillər Universiteti, 3-cü mərtəbə, Akt Zalı (Ünvan: Rəşid Behbudov küçəsi 134)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır