Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü gö

“Dəniz” qəzetinin növbəti – 16 noyabr 2018-ci il tarixli nömrəsi işıq üzü görüb.  Daha ətraflı  BURADAN oxuya bilərsiniz.  Bu sayda iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri zamanı keçirdiyi görüşlərdən, “Bakı Ekspo Mərkəzi”ndə “Təbiəti dəyişmə, özünü dəyiş!” şüarı altında təşkil olunan “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisindən,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində atılan ardıcıl addımlardan, “Təqaüd Proqramı”nın qalibləri Aqşin Muxtarov və Nərminə Cabbarovanın İsveçin Malmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetində (World Maritime University) magistr təhsillərini uğurla başa vurmalarından, SOCAR-ın birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadənin gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi roluna görə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsindən, 69 il əvvəl Azərbaycanın dəniz neftçilərinin cəsarətinin Xəzəri fəth etməyə imkan verməsindən, ASCO-nun təşkilatçılığı ilə Dövlət Bayrağı Günü ilə əlaqədar Dənizkənarı Milli Parkın yaxınlığında yelkənli qayıqların fləşmobunun keçirilməsindən, müstəqil Azərbaycanımızın ilk Konstitusiyasından, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün  “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında keçirdiyi təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika)  müsabiqəsinin qaliblərinin mükafatlandırılmasından, gəmilərimizin təmirindən,  dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır