Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

miçiliyin 160 illik yubileyinə həsr olunmuş olimpiada keçirilə

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri arasında 29-30 noyabr tarixlərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunmuş ümumpeşə hazırlığı fənləri üzrə olimpiada təşkil olunacaq.  Bilik yarışı riyaziyyat, fizika, ingilis-dili fənləri üzrə keçiriləcək. Hər fənn üzrə ayrılıqda keçiriləcək olimpiadada tələbə fənn üzrə qoyulmuş sualları yazılı şəkildə cavablandırıb müsabiqə komissiyasına təqdim edəcək. Qaliblər diplomlar və sertifikatlarla təltif ediləcəklərr. Mükafatlandırılma qaydaları aşağıdakı kimi olacaq. Hər fənn üzrə I, II, III yerlərin qalibləri müəyyənləşəcək. I yer tutan qaliblər 91-100 bal toplayan tələbələr arasından seçilərək, həmin fənn üzrə imtahandan azad ediləcəklər və birinci dərəcəli diplomla təltif olunacaqlar. II yerin sahibləri sertifikatlarla təltif ediləcəklər və müvafiq fəndən kollokvium üzrə 10 bal, məşğələ üzrə 10 bal, sərbəst iş üzrə 10 bal qazanmış hesab ediləcəklər. III yerin sahibləri sertifikatlarla  təltif ediləcəklər və müvafiq fəndən kollokvium üzrə 5 bal, məşğələ üzrə 5 bal, sərbəst iş üzrə  5 bal qazanmış hesab ediləcəklər. İştirak etmək istəyənlərin qeydiyyat üçün ADDA-nın Elmi-tədqiqat qrupuna müraciət etməyi zəruridir. Müsabiqə haqqında ətraflı məlumat: E-mail: husniyya.qafarli@acsc.az Faks: (0994-12)493-75-21, tel.: 493-75-21, 493-36-44 (223, 113).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır