Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü gö

“Dəniz” qəzetinin növbəti – 1 noyabr 2018-ci il tarixli nömrəsi işıq üzü görüb. Bu sayda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunmuş tədbirlərdən, Gəmiçiliyin yeni dövrə yeni brendlə qədəm qoymasından, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının sıralarının genişlənməsindən,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO)  “Columbia Shipmanagement” şirkəti ilə birgə müəssisə yaratmasından, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin Hindistanın “Marine Container Services” Pvt Ltd şirkətinin təsisçisi və direktoru, kapitan Somesh Batra ilə görüşündən, Gəmiçilikdə “Təhlükəsizlik günü”ndə müzakirə edilən mühüm məsələlərdən, “Biznes etikası və davranış qaydaları fərqli millətlər, müxtəlif mədəniyyətlərin mövcud olduğu gəmiçilik şirkətlərində necə tətbiq olunur?”, “Profaylinq sistemi – İnsan xarakterinin analizi”, “İclasların effektiv idarəedilməsi” mövzularında keçirilən təlimlərdən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının region ölkələrinin tranzit qabiliyyətini artırmasından, Mərakeşin ölkəmizdəki səfirinin Azərbaycan Dövlət Dəniz  Akademiyasının qonağı olmasından, bu təhsil ocağında gələcəyin dənizçiləri arasında planlaşdırılan olimpiadadan,  “Bibiheybət” Gəmi Təmiri Zavodunda keçirilən mülki müdafiə məşqindən, TAP-ın dəniz hissəsinin tikintisinin başlanmasından, gəmilərimizin təmirindən,  dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.  Daha ətraflı  BURADAN oxuya bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır