Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

rbaycan Xəzər Dəniz Gəmiçiliyində aparılan kadr dəyişiklikləri barədə məl

Son günlər bəzi saytlarda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə bağlı dezinformasiya yayılmaqdadır. Belə ki, Gəmiçiliyin Təchizat departamentində aparılan kadr dəyişikliyini əksər saytlar yanlış tərəfə istiqamətləndirirlər.  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC olaraq bildirmək istəyirik ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Şirkətdə işin səmərəliliyini daha da artırmaq üçün kadr dəyişikliyi aparılıb. Zakir Əliyev Təchizat departamentinin rəisi vəzifəsinə təyin olunub. Departamentin əvvəlki  rəisi Elman Qasımov və onun müavini Vüqar Allahverdiyev isə bundan sonra fəaliyyətlərini Layihələrin İdarəedilməsi departamentində davam etdirəcəklər. Saytlarda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini Cəbrayıl Mahmudlunun səlahiyyətlərinin əlindən alınması ilə bağlı yayılan məlumatlar da həqiqətləri əks etdirmir. O, hazırda da öz vəzifəsini icra etməkdədir. Gəmiçilik olaraq jurnalistləri yoxlanılmamış və əsassız məlumatları tirajlamamağa çağırırıq.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır