Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

rbaycan Dövlət Dəniz Akademiyasına yeni qəbul olmuş tələbələrin nəzəri

Azərbaycan Dövlət Dəniz Akademiyasına bu il qəbul olmuş tələbələrin nəzərinə! Akademiyaya qəbul olan abituriyentlər avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini  təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur. 1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti; (2 nüsxə) 2. Attestatın əsli və surəti; 3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti; 4. Tibbi arayış (forma № 086); Gəmiqayırma və gəmi təmiri ixtisası üçün; 5. 8 ədəd 3×4 ölçülü fotoşəkil; 6. Abituriyentin elektron ərizəsi və fin kodu; 7. Ödənişli tələbələr üçün ödəniş haqqında çekin əsli və surəti; 8. Tərcümeyi-hal 9. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti;  Ünvan:  AZ1000, Azərbaycan Respublikası,Bakı şəhəri, Zərifə Əliyeva küç. 18 Xatırladaq ki, qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Bütün tələbələri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayırıq.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır