Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

G 160 illiklə bağlı elan etdiyi təsviri incəsənət müsabiqəsinə əsərlərin qəbulu davam

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün elan etdiyi “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında elan etdiyi təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika)  müsabiqəsinə əsərlərin qəbulu davam edir. Müsabiqədə iştirak üçün şərtləri bir daha xatırladırıq. İştirakçılar üçün yaş həddi 17-dən 35-dək müəyyənləşdirilmişdir. Müsabiqəyə təqdim edilmək üçün hazırlanmış rəsm əsəri böyük hissədə minimum 50 santimetrdən  az olmamalıdır. Müsabiqə üçün əsərlərin elektron variantda fotoşəkli mütləqdir. Müsabiqə üçün əsərlərin fotoşəkillərini çəkərkən paspartu və çərçivədən istifadə edilməlidir. İştirakçı özü haqda qısa məlumatı və əlaqə telefonunu göstərməklə əsərlərin fotolarını  resmmusabiqesi@acsc.az ünvanına yollamalıdır.  Əsərlərin fotoşəkilləri maksimum dərəcədə keyfiyyətli və JPG formatında olmalıdır. İştirakçı müsabiqəyə yalnız bir mövzu üzrə və müvafiq olaraq bir ədəd iş  təqdim edə bilər. Əsərlərin qəbulu prosesindən fotoları diqqətinizə çatdırırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır