Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

rbaycan Dövlət Dəniz Akademiyasında sənəd qəbulu davam

Azərbaycan Dövlət Dəniz Akademiyasına bu il qəbul olmuş abituriyentlərin sənəd qəbulu davam edir.  Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur. 1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti; (2 nüsxə) 2. Attestatın əsli və surəti; 3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti; 4. Tibbi arayış (forma № 086); Gəmiqayırma və gəmi təmiri ixtisası üçün; 5. 8 ədəd 3×4 ölçülü fotoşəkil; 6. Abituriyentin elektron ərizəsi və fin kodu; 7. Ödənişli tələbələr üçün ödəniş haqqında çekin əsli və surəti; 8. Tərcümeyi-hal 9. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti;  Ünvan:  AZ1000, Azərbaycan Respublikası,Bakı şəhəri, Zərifə Əliyeva küç. 18 Xatırladaq ki, Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı sabah başa çatır. Bununla bağlı Dövlət İmtahan Mərkəzi xəbərdarlıq edib. Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 28-i saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır