• Bakı, 2021-11-28,
Seanews
Heyder Eliyev

ıda “TransCaspian / Translogistica 2017” sərgisi təşkil olun

Aprelin 26-28-də Bakı Ekspo Mərkəzində XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2017” sərgisi keçiriləcək. “Iteca Caspian” şirkətindən  bildirilib ki, sərgidə dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-logistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatları da iştirak edəcəklər. Tədbirdə  nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi – dəniz və dəmir yolları ilə yükdaşımalar, lokomotivlər, sərnişin və yük vaqonları, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün avadanlıq və komponentlər, gəmiqayırma və gəmi təmiri, dəniz limanları və liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün komponentlər və digər istiqamətlər təqdim olunacaq. Sərgiyə  “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Ukrayna Dəmir Yolları İdarəsi kimi dövlət nəqliyyat strukturları da qatılacaqlar. Proqramı çərçivəsində “AVP Texnologiya” MMC, “RIRTCD” ASC ilə birlikdə “Lokomotiv təsərrüfatı üçün qabaqcıl texnologiyalar” mövzusunda seminar təşkil edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır