Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-08,
Seanews
Heyder Eliyev

Husilər 64 gəmi sahibinə hədələyici xəbərdarlıq göndərib

Yəməndəki Husi üsyançı qrupu Qırmızı dənizdə gəmiçiliyə qarşı kampaniyasını yeni mərhələyə keçirib. Üsyançılar 64 beynəlxalq gəmi sahibinə bildirişlər göndərərək, onları İsrail limanlarına qarşı elan etdikləri blokadanı pozmaqda ittiham ediblər.

“Seanews.az” xəbər verir ki, bildirişlərdə həmin şirkətlərin gəmilərinin Qırmızı dəniz, Bab əl-Məndəb boğazı, Ədən körfəzi və Ərəb dənizindən keçməsinin qadağan olunduğu, eləcə də “əlçatan yerdə hücuma məruz qala biləcəkləri” qeyd olunub.

Bu addım ötən ay Yunanıstana məxsus “Magic Seas” və “Eternity C” adlı iki quru yük gəmisinin husilər tərəfindən batırılmasından sonra atılıb. Hadisədən sonra beynəlxalq “Combined Maritime Task Force” İsrail ilə əlaqəli gəmiçilik üçün təhdid səviyyəsini kritik, ümumi risk dərəcəsini isə yüksək olaraq qiymətləndirib.

Beynəlxalq gəmiçilik təşkilatları “International Chamber of Shipping”, “BIMCO”, I”NTERTANKO”, “INTERCARGO” və Avropa Gəmi Sahibləri Assosiasiyası birgə bəyanatla hücumları “amansız” adlandırıb və dənizçilərin qorunması, naviqasiya azadlığının təmin olunması üçün qlobal səviyyədə təcili tədbirlər görülməsinə çağırıb. Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominguez də məsələ ilə bağlı ciddi narahatlıq ifadə edərək, çoxtərəfli əməkdaşlıq və təcili təhlükəsizlik tədbirlərinin vacibliyini vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır