Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-14,
Seanews
Heyder Eliyev

Yaponiya sahillərinə güclü tropik fırtına yaxınlaşır

Yaponiyanın Meteorologiya Agentliyi güclü fırtınanın ölkənin şərq və şimal sahillərinə yaxınlaşması barədə xəbərdarlıq edib.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, “Nari” adı verilən fırtına Çiba prefekturasından 170 kilometr məsafədə dəniz üzərindən saatda 35 kilometr sürətlə şimala – sahilə doğru hərəkət edir. Fırtınanın sahilə iyulun 14-də gecə və ya iyulun 15-də səhər saatlarında çatacağı gözlənilir.

Fırtınanın sahilə güclü külək və yağıntı gətirmək, dənizdə isə hündür dalğalar yaratmaq ehtimalı var. Bu səbəbdən əhaliyə, müvafiq qurumlara qabaqlayıcı tədbirlər görmək tövsiyə olunub. Bəzi yerlərdə yağıntının miqdarının 200 millimetrə çatacağı gözlənilir, sahilyanı zonalarda daşqın ehtimalı yüksəkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır