Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-09,
Seanews
Heyder Eliyev

ADDA bir sıra fənlərin tədrisi üçün vakant vəzifələrin tutulması məqsədilə müsabiqə elan edib

“Azərbaycan Dövlət Dəniz Akademiyası” Publik Hüquqi Şəxsi (ADDA) kafedralar üzrə aşağıda qeyd olunan fənlərin tədrisi üçün vakant vəzifələrin tutulması məqsədilə müsabiqə elan edib.

“Dəniz naviqasiyası kafedrası” üzrə

“Dəniz naviqasiyası (Trenajor)” (tədris dili: ingilis) - 1 ştat 1 yer və ya saathesabı;

“Səfərin naviqasiya planlaşdırılması (Trenajor)”  (tədris dili: ingilis) - 1 ştat 1 yer və ya saathesabı;

“Dənizçilik astronomiyası” (tədris dili: ingilis) - 1 ştat 1 yer  və ya saathesabı;

“Elektron xəritə displeyinin və informasiya sistemlərinin istismar qaydaları (Trenajor)” (tədris dili: ingilis)  - 1 ştat 1 yer və ya saathesabı.

Tələb: Müvafiq ixtisas üzrə iş təcrübəsi.

“Gəmi energetik qurğuları kafedrası” üzrə

“Gəmi energetik qurğularının texniki istismarı” və “Gəmi köməkçi mexanizmləri, sistemləri və onların istismarı” (tədris dili:  azərbaycan, rus və ingilis) – 1 ştat 1 yer.

Tələb: Gəmidə ikinci və ya baş mexanik vəzifəsində ən azı 5 il iş təcrübəsi.

“Tətbiqi mexanika” kafedrası üzrə

“Texniki mexanika”  (tədris dili: azərbaycan və ingilis) -  0,5 ştat 2 yer;

“İnşaat mexanikası və gəminin möhkəmliyi” - 0,5 ştat 1 yer;

“İnformatika və kompyuter proqramları” (tədris dili: azərbaycan və ingilis)  - 0,5 ştat 2 yer;

“Kimya”  - 0,5 ştat 1 yer.

Tələb: Müvafiq ixtisas üzrə elmi dərəcə və elmi ad.

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsinin surəti;

Kadrlar uçotunun şəxsi vərəqəsi;

Tərcümeyi-hal;

Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

Elmi və elmi-metodiki işlərin siyahısı.

Sənədlər Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18 ünvanına təqdim edilməlidir.

Əlaqə telefonu: 404 37 00 (daxili 3220).

Sənədlərin qəbulu üçün son tarix: 4 avqust 2025-ci il


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır