

ADDA 2025/2026-ci tədris ilində əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün tələbə qəbulu elan edir
Azərbaycan Dövlət Dəniz Akademiyası 2025/2026-ci tədris ilində əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:
Bakalavriat səviyyəsində:
- Dəniz naviqasiyası mühəndisliyi (tədris Azərbaycan, ingilis, rus dillərində)
- Gəmi energetik qurğuları istismarı mühəndisliyi (tədris Azərbaycan, ingilis dillərində)
- Gəmiqayırma və gəmi təmiri mühəndisliyi (tədris Azərbaycan dilində)
- Elektrik və elektronika mühəndisliyi (tədris Azərbaycan dilində)
Bakalavriat səviyyəsində təhsil müddəti 4 ildir.
Magistratura səviyyəsində:
- Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi (tədris Azərbaycan dilində)
- Dəniz texnikası və texnologiyası mühəndisliyi (tədris Azərbaycan dilində)
- Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi (tədris Azərbaycan dilində)
- Elektrik və elektronika mühəndisliyi (tədris Azərbaycan dilində)
Magistratura səviyyəsində təhsill müddəti 2 ildir.
Əcnəbilərin qəbulu: onların təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə dərəcəsi akademiyanın müsahibə komissiyası tərəfindən yoxlanılır və mövcud tələblərə uyğun gəldikləri halda qəbul rəsmiləşdirilir.
Təhsil haqqı: 5100 manatdır;
Tələbələr geyim forması, tədris materialları və yataqxana ilə ödənişsiz təmin edilir. Akademiyanın diplomları 170-dən çox ölkədə tanınır.
Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Universitetləri və Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiyasiyalarının üzvüdür.
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18
Telefon: 012 493 36 44