Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

18 may “Suraxanı” gəmi-muzeyində “Açıq qapı” günü olacaq

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar 18 may 2023-cü il tarixində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “Açıq qapı” günü elan olunacaq.

Həmin gün muzeydə Xəzər dənizinin ekoloji mühitinin qorunmasına həsr edilmiş master-klass da təşkil ediləcək.

Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərmək üçün 1977-ci ildə təsis edilib. Bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “muzeylər dayanıqlılıq və rifah” mövzusuna həsr olunub.

“Suraxanı” gəmi-muzeyi olaraq mayın 18-də hər kəsi bir araya gəlməyə və muzeylərin dayanıqlı inkişaf və rifah üçün malik olduğu bütün transformativ potensialını həyata keçirməyə çağırırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır