Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları arasında stolüstü tennis turniri keçiriləcək

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında stolüstü tennis turniri keçiriləcək.

ASCO-nun idman üzrə 2023-cü ilə dair illik planına əsasən turnir yanvarın 27-də  baş tutacaq. 

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində təşkil olunacaq yarışda iştirak etmək istəyənlər ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinə müraciət edə bilərlər.   

Qeyd edək ki, bu cür idman tədbirlərinin keçirilməsində əsas məqsəd sağlam həyat tərzini təbliğ etmək, əməkdaşlar arasında əlaqələri gücləndirməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır