Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Rusiyada limanların tikintisi üçün icazələrin alınması qaydaları sadələşdirilib

Limanlar, aeroportlar, yollar və dəmir yolu infrastrukturu tikən şirkətlər bu cür işlərə icazələri daha tez ala biləcəklər. Rusiyanın Baş naziri Mixail Mişustin bununla bağlı müvafiq sərəncamı imzalayıb.

“Seanews.az”ın məlumatına görə, yeni sərəncam 2022-ci ilin sonuna qədər qüvvədə olacaq.

Söhbət işlənməsi nəzərdə tutulan sahələrin altında - yerin təkində faydalı qazıntıların olmaması barədə rəyin və faydalı qazıntıların olduğu yerlərdə yerləşən torpaq sahələrinin mümkün işlənməsinə icazənin sürətləndirilməsindən gedir.

Belə üstünlüklər infrastrukturun modernləşdirilməsi və genişləndirilməsi üzrə prioritet layihələrdə çalışan tikinti şirkətlərinə veriləcək. Bu layihələr sosial-iqtisadi inkişaf strategiyası və Rusiyanın ərazi inkişafı strategiyası ilə müəyyən edilmiş məqsəd və vəzifələrə uyğun olaraq həyata keçirilir.

Yeni qaydalara görə, “Rosnedra”nın mütəxəssisləri işlənmə yerində faydalı qazıntıları aşkar etməsələr, 5 iş günü ərzində rəy veriləcək. Əvvəllər bu müddət 15 gün idi.

Əgər işin faydalı qazıntıların yerləşə biləcəyi və tikintinin onların işlənməsinə təsir göstərməyəcəyi ərazidə aparılması nəzərdə tutulursa, o zaman müvafiq icazə əvvəlki kimi 35 gün deyil, 10 iş günü müddətində veriləcək.

İmzalanan qərar şirkətlərə prioritet infrastruktur layihələrinin həyata keçirilməsinə sürətlə başlamaq imkanı yaradacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır