Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-16,
Seanews
Heyder Eliyev

Çin yeni təyyarədaşıyan gəmilərin yaradılması imkanını istisna etməyib

Çinin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey deyib ki, "Çinin təyyarədaşıyan gəmilərinin inşası ilə bağlı gələcək planları ölkənin milli təhlükəsizlik tələblərinə və hərbi texnologiyasının inkişafına uyğun olaraq nəzərdən keçiriləcək".

“Seanews.az” xəbər verir ki, o, ÇXR-in üçüncü təyyarədaşıyan gəmisinin suya buraxılmasından sonra yeni analoji gəmilər inşa edib-etməyəcəyi ilə bağlı sualı şərh edib. Bununla yanaşı, Tanq Kefey qeyd edib ki, Çinin hərbi texnikasının inkişafı və modernləşdirilməsi hər hansı ölkəyə qarşı yönəlməyib.

“Çinin hərbi texnikasının inkişafı və modernləşdirilməsi heç bir ölkəyə və ya konkret hədəfə qarşı yönəlməyib və ölkənin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumağa xidmət edir,”- deyə Çinin Müdafiə Nazirliyinin sözçüsü bildirib.

Xatırladaq ki, Çin Dövlət Gəmiqayırma Korporasiyası iyunun 17-də  “Fuszyan” adlı üçüncü təyyarədaşıyanı suya buraxıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır