“Signal Group” gəmi yanacağının alınması işə məşğul olacaq şirkət yaradıb
“Signal Group” standart gəmi yanacağının tədarükü ilə məşğul olacaq “Shipergy” adlı yeni texnologiya şirkətinin yaradıldığını elan edib. London və Afinada ofisləri olan yeni şirkətə LQM-in keçmiş baş direktoru Daniel Rouz rəhbərlik edir.
“Seanews.az” xəbər verir ki, yeni şirkət fəaliyyətə “Aframax” və “MR” ölçülü “Signal Maritime” gəmiləri üçün yanacaq təchizatı tələblərini müəyyən etməklə başlayacaq. “Shipergy” seçilmiş üçüncü tərəflərə yanacaq tədarükü xidmətləri də göstərəcək.
“Shipergy” keyfiyyətli gəmi yanacaqlarını əldə etmək üçün çalışacaq. Şirkətin addımlarından biri öz xidmətlərinin yaradılması olacaq.
Yeni şirkətin yaradılmasına baxmayaraq, “Signal Maritime-ın” texniki işçi heyəti dəyişməyəcək. “Signal Maritime-ın” mövcud şöbəsi indi yanacağın satınalınmasını “Shipergy” vasitəsilə həyata keçirəcək. Yaxın vaxtlarda heyət artırılacaq. Qrupun əsas yanacaq tədarükçüləri inzibati dəyişikliklərlə bağlı hələ bu ilin fevralında məlumatlandırılıblar. 2022-ci il iyunun 27-də fəaliyyətə başlayan yeni quruma bütün kredit xətləri köçürülüb.