Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Vladivostokda tanker quru yük gəmisinə çırpılıb

Vladivostokda Uliss körfəzində tanker və quru yük gəmisi toqquşub, nəticədə dizel yanacağı ətrafa dağılıb.

“Seanews.az” xəbər verir ki,  bu barədə TASS-a Fövqəladə Hallar Xidməti məlumat yayıb.

"Bazar günü "Aquarius Lotos" tankeri körpüyə yan alarkən "Vyaçeslav Anisimov" quru yük gəmisi ilə toqquşub. İtki yoxdur, lakin "Vyaçeslav Anisimov" quru yük gəmisinin köməkçi yanacaq çəni zədələnib, nəticədə dizel sızması baş verib”, - deyə Fövqəladə Hallar Xidmətindən bildiriblər.

Hazırda sızma aradan qaldırılıb. "Kapitan Balaşov" xilasetmə qayığı neft dağılmalarının qarşısını almağa çalışır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır